Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da 10 giqabit/s sürətində internet çəkilişinə başlanılıb


ABŞ-ın Tennesi ştatında yerləşən Çattanuqa şəhəri sakinlərinin internetdən saniyədə 10 giqabit sürətində yararlana biləcək dünyanın və ölkənin ilk şəhəri olub. Yerli “Electric Power Board” (EPB) qeyri-kommersiya təşkilatı artıq şəhər sakinlərinin evlərinə bu sürətdə optik-lif xətlərinin çəkilişinə başlayıb.  
 
Bu, “EPB” üçün ilk mütərəqqi sürət deyil. Belə ki, 2012-ci ildə təşkilat 1 giqabit/saniyə sürətində internet təklif edib. Bundan sonra “Google” şirkəti də 1 giqabit/s sürətində internet xidmətləri göstərməyə başlayıb.
 
“EPB”-nin vacib yeniliyi ondan ibarətdir ki, 10 giqabitlik internetdən ilk dəfə iri şəhər massivində çoxsaylı sadə abunəçilər yararlana biləcək. Əvvəllər belə sürətdən yalnız dəqiq quraşdırılan qurğular sayəsində kommersiya təşkilatları istifadə edə bilib. Təşkilat isə 1500 kvadratmetr ərazidə yerləşən bütün sakinləri bu sürətlə təmin edərək öz tarifini təklif edir. Bunun üçün “Alcatel-Lucent” şirkətinin avadanlığı və “TWDM-PON” texnologiyası quraşdırılıb.
 
Maksimal sürət üçün aylıq abunə haqqı 299 dollar təşkil edir. “EPB” həmçinin saniyədə 5 və 3 giqabit sürət üçün daha ucuz tariflər təklif edir, - "Telekomza” yazır.




21/10/15    Çap et