Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2015-ci ildə fərdi kompüterlərin qlobal tədarük həcmi 15 faiz azalacaq
«DigiTimes» analitik şirkəti elektron komponentlərin tədarük kanalındakı mənbələrin məlumatına istinadən yazır ki, ötən illə müqayisədə 2015-ci ildə masaüstü kompüterlərin qlobal tədarükü 15 faiz az olacaq və bundan başqa, bəzi brend şirkətlərdə 20 faiz azalma qeydə alına bilər.
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, Çin kimi iri bazarlarda tələbatın zəifləməsi, həmçinin «Microsoft» tərəfindən təqdim edilmiş ödənişsiz yeniləmə səbəbindən «Windows 10» əməliyyat sisteminin çıxarılmasından sonra gözlənilən nəticənin əldə edilməməsi azalmaya səbəb kimi göstərilir.
Masaüstü modellərin tədarük həcminin azalması daha çox «Hewlett-Packard», «Dell» və «Lenovo» kimi şirkətlərə öz təsirini göstərib.
Emil Hüseynov
22/10/15 Çap et