Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ƏSMM-nin yeni portalında elektron xidmətlər də yerləşdiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni portalında elektron xidmətlər bölməsi də olacaq.
Bu barədə nazirlikdən verilən məlumatda bildirilir ki, ölkə başçısının 23 may 2011-ci il tarixli məlum sərəncamına uyğun olaraq veb-səhifənin üzərində ciddi iş aparılır.
Bu, analoqu olmayan bir layihədir. Burada bir çox elektron müraciətlər, o cümlədən ünvanlı sosial yardım almaq üçün online müraciətlər etmək mümkün olacaq.
15/09/11 Çap et