Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərkosmos” ASC Milli Aviasiya Akademiyasının tələbələri üçün seminar təşkil edib


Qafqazın ilk peyk operatoru “Azərkosmos” ASC Milli Aviasiya Akademiyası tələbələri üçün “Azərkosmos” və onun fəaliyyəti ilə bağlı seminar keçirib. Seminarın əsas məqsədi ölkəmizdə kosmik sahədə təhsil alan gənclərin bu sahəyə olan marağını daha da artırmaq, süni peyklərin orbitə buraxılması və idarəolunması haqqında tələbələri maarifləndirmək olub.
 
Seminarda  Akademiyanın kosmik texnika və texnologiyalar, eləcə də digər əlaqədar ixtisaslar üzrə təhsil alan tələbələrinə və müəllim-professor heyətinə  “Azərkosmos” ASC, “Azerspace-1” peyki və onun texniki xüsusiyyətləri haqqında  ətraflı məlumat verilib.
 
“Azərkosmos”un texniki əməkdaşları tərəfindən təşkil olunan silsilə seminarlar  davamlı olaraq keçiriləcək və əsasən, peyk idarəetməsinin müxtəlif istiqamətlərini əhatə edəcək.
 
 




22/10/15    Çap et