Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dubayda ictimai nəqliyyatda gediş haqqı qol saatı ilə ödəniləcək
Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Yol-Nəqliyyat İdarəsi ictimai nəqliyyatda ödəniş kartlarından imtina etməyi planlaşdırır. Əvəzində təmassız ödəniş funksiyasına malik saatlardan istifadə nəzərdə tutulub.
35-ci «GITEX Technology Week» sərgisində təqdim edilmiş «Watch2pay» qol saatları «NFC» modulla təchiz edilib.
«ICTnews.az» saytı «payspacemagazine.com» saytına istinadən yazır ki, yol-nəqliyyat idarəsində gediş haqqının avtomatlaşdırılmış qaydada toplanılması üzrə direktor Xalid Al Avadi deyib: «Biz qurğunu sınaqdan keçirmişik və o, bizim texniki komandanın sertifikatını alıb. Hazırda Dubay sakinlərinin qurğu barədə rəyini öyrənmək və optimal qiymətini müəyyənləşdirmək üçün sorğu keçiririk».
Sözügedən saat daxili kredit kartı ilə təchiz ediləcək. Buna görə qol saatı ilə yalnız metro, avtobus və taksidə deyil, həm də ticarət nöqtələrində ödəniş etmək mümkün olacaq. Bankomat, kassa və ya mobil proqramlar vasitəsilə saatın balansını doldurmaq mümkün olacaq.
Emil Hüseynov
23/10/15 Çap et