“Bitcoin” virtual valyutası ƏDV-dən azad edilib
Avropa İttifaqı (Aİ) Məhkəməsi “Bitcoin” virtual valyutasına vergi qoymaq üçün onun pul kimi qəbul edilməsinin zəruriliyi barədə qərar qəbul edib.
Bitcoin” virtual valyutasının rəsmi pul vahidi statusuna malik olmamasına görə məhkəmə bir il əvvəl virtual valyuta ilə aparılan sövdələşmələri əlavə dəyər vergisindən (ƏDV) azad edən Britaniya Vergilər Nazirliyinin təklifini qənaətbəxş hesab edib.
Qərara görə, “Bitcoin” ilə həyata keçirilən valyuta əməliyyatları ƏDV-dən azad edilib.
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Bu səbəbdən rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar anonim olur, -
“Payspacemagazine” yazır.