Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Fotoşəkillər daha canlı olacaq
Tokioda keçirilən «Digital Content EXPO» sərgisində təsvir haqqında məlumatı videokamera və proyektora ötürməyə imkan verən texnologiya təqdim edilib.
«ICTnews.az» saytı «ria.ru» saytına istinadən yazır ki, Yaponiya şirkəti şəkilləri canlandırmaq üsulunu düşünüb. Belə ki, istənilən şəklin üzərinə ürək şəklində ştamp qoymaq kifayətdir ki, fiqur kağız vərəqin çərçivəsindən «kənara çıxsın» və istənilən səthdə müstəqil hərəkət edəcək, tullanacaq.
Şəklə həyat verən "ştamp" əslində təsvir haqda məlumatı videokamera və proyektora ötürən qurğudur, daha sonra emal edilmiş şəkil canlandırılmış formada masa və ya divarın səthində əks olunur.
Emil Hüseynov
23/10/15 Çap et