Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Multimedia xidmətlərinin inkişafı” layihəsi icra edilməkdədir
Respublikanın regionlarında rayon mərkəzləri, şəhərlər və qəsəbələrlə yanaşı ucqar kənd yaşayış məntəqələrində də əhalinin yüksək keyfiyyətli genişzolaqlı internet xidmətlərindən istifadəsi məqsədilə “Multimedia xidmətlərinin inkişafı” layihəsi icra edilməkdədir.
Həmçinin Bakı şəhər telefon şəbəkəsinə aid telefon nömrələrindən regionlarda yaşayan əhalinin istifadə etməsinə imkan verən “Daşınan telefon xidməti” istifadəyə verilib və 01.10.2015-ci il tarixə bu xidmətdən istifadə edən abunəçilərin sayı 1000-i ötüb.
Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən bütün sabit şəbəkə operatorlarının abunəçilərinin telefonlarını həm respublika daxilində, həm də dünyanın istənilən nöqtəsinə daşınması imkanı verən “Aztelefon” xidməti istismara verilib.
23/10/15 Çap et