Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt” MMC-yə məxsus aktiv ödəniş kartlarının sayı 11 326 ədəd olub


2015-ci ilin 9 ayında maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün Mərkəzi Bankdan icazələrin alınması işi davam etdirilib və "Azərpoct" MMC üzrə alınmış icazələrin ümumi sayı 1167 (RPF-10, PF-53 və PŞ-1104) ədəd olub.


01.10.2015-ci il tarixinə "Azəpoçt" MMC-yə məxsus aktiv ödəniş kartlarının sayı 11 326 ədəd olub və hesabat dövründə bu kartlar üzərindən aparılan əməliyyatların həcmi 18 mln. manatı ötüb. Hazırda MMC 15 ədəd ATM və 127 ədəd POS terminal vasitəsilə ekvayer fəaliyyətini həyata keçirir.
 
Sözügedən POS terminallardan 10-u hesabat dövründə quraşdırılıb. Dövr ərzində ödəniş kartının istifadəsi üzrə təhlükəsizlik səviyyəsinin yüksəldilməsi və həyata keçirilən əməliyyatlar haqqında operativ formada məlumatın əldə edilməsi məqsədilə "Mobil bankçılıq" xidməti MMC-nin kart sahiblərinin istifadəsinə verilib.        Həmçinin "Azərpoct" MMC-nin tabeçiliyində olan poçt filiallarının bütün lisenziyalı PŞ-ləri Contact, Kaspian Mani transfer (Caspian Money Transfer), Zolotaya Korona beynəlxalq pul köçürmələri sisteminə qoşulub və əhalinin istifadəsinə verilib.
 
 
Onu da qeyd edək ki, Ümumdünya Poçt İttifaqının (ÜPİ) EMS (Sürətli Poçt Xidmətləri) Korparasiyasının üzvü olan ölkələrin göstərdiyi poçt xidmətlərinin keyfiyyətini ölçmək üçün keçirilən müsabiqənin nəticələrinə görə Azərbaycan poçtu 2014-cü ilin nəticələrinə görə 177 ölkə arasında 4-cü yeri tutmaqla növbəti dəfə qızıl səviyyəli sertifikata laiq görülüb. Həmçinin, "Azərpoct" MMC ÜPİ-nin ünvanlaşma üzrə "S42 standartının xususi Sertifikatı"na layiq görülüb. Bu sertifikat razılaşdırılmış ünvan şablonları hazırlamış ölkəyə verilir.
 
 




23/10/15    Çap et