Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda “İnformasiyanın idarə edilməsi və təhlükəsizlik haqqında maarifləndirmə” mövzusunda seminar keçirilib


Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya, Litva və Rumıniyanın Müdafiə nazirlikləri arasında ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq "İnformasiyanın idarə edilməsi və təhlükəsizlik haqqında maarifləndirmə" mövzusunda seminar keçirilib.
 
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində baş tutan birgünlük seminarda Latviya, Litva və Rumıniyadan olan mütəxəssislər, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin idarə və komandanlıqlarının nümayəndələri iştirak ediblər.
 
 
Seminarda informasiya təhlükəsizliyi risklərinin əsas faktorları və onların qiymətləndirilməsi üsulları, bu sahədə əsas problemlər və onların həlli haqqında məruzələr dinlənilib, prezentasiyalar olub.
 
 İnformasiya təhlükəsizliyinə xarici və daxili təhdidlər, onların qarşısının alınması üsulları barədə müzakirələr aparılıb.
 
 
Bundan əlavə, xarici mütəxəssislər təmsil etdikləri ölkələrdə informasiyanın idarə edilməsi və təhlükəsizliyi standartları, siyasəti, dövlət informasiya ehtiyatlarının müdafiəsi sahəsində milli sistemləri barədə təcrübələrini bölüşdülər.
 
 
Sonda geniş fikir mübadiləsi aparılıb, sual, irad və təkliflər səsləndirilib.
 
 
SEYMUR




23/10/15    Çap et