Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sadə və sifarişli məktub korrespondensiyalarının sayı artıb


9 ay ərzində poçt xidməti şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində bir sıra əməli tədbirlər həyata keçirilib. Həmin müddətdə daxili sadə və sifarişli məktub korrespondensiyalarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,7% artaraq 5 573 608 ədəd, daxil olan beynəlxalq kiçik paketlərin sayı isə 27.9% artaraq 613 672 ədəd təşkil etmişdir.
 
 Habelə pulköçürmələrinin sayı 48.7% artaraq 1794 445 ədəd, məbləği isə 3.9% artaraq 142.3 milyon manat, teleqramların sayı 2.9% artaraq 136 290 ədəd olub. Lakin bağlamaların sayı 6.2%, beynəlxalq göndərilən kiçik paketlərin sayı 2.3% azalıb.
 
 
 




23/10/15    Çap et