Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Suyun içində kitab oxumaq mümkün oldu


ABŞ-ın «Barnes & Noble» şirkəti «Nook» istehsal xəttində  “GlowLight Plus» adlı yeni elektron kitabını təqdim edib. Model alüminium korpusla təchiz edilib, «IP67» standartı üzrə su və toza qarşı davamlıdır ki, bu da 30 dəqiqə müddətində 1 metrədək dərinlikli suda qalma imkanını təmin edir.
 
 
«ICTnews.az» saytı «ferra.ru» saytına istinadən yazır ki, «Nook GlowLight Plus» 300 dpi piksel sıxlığına malik «E-Ink» texnologiyasına əsaslanan ekranla təchiz edilib. Zəif işıqlanma şəraitində oxumaq üçün işıqlandırma nəzərdə tutulub.
 
 
«Barnes & Noble GlowLight Plus» elektron kitabı 129,99 dollar qiymətinə satışa çıxarılıb.
 
 
Emil Hüseynov




23/10/15    Çap et