İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu hüquqi şəxslərin layihələrinə ayrılan qrantları yaxın zamanda verəcək
Yaxın bir neçə ay ərzində artıq Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu qrant müsabiqələrinin qalibləri olan hüquqi şəxslərə vəsaitlər ayıra biləcək.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 21-də dərc olunmuş
fərmanına əsasən "Qrant haqqında" qanuna dəyişikliklər 3-5 ay ərzində mövcud olan mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativlərinə uyğunlaşdırılmalıdır.
Xatırladaq ki, Fondun Müşahidə Şurasında 2-ci qrant müsabiqəsi çərçivəsində 129 layihə qəbul olunub. İlkin və kompleks ekspertizadan keçən 62 layihə Fondun Müşahidə Şurasına təqdim olunub.
Müşahidə Şurası tərəfindən 30 layihənin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib.
Hazırda isə artıq üçüncü qrant müsabiqəsi elan edilib və noyabrın 2-də müsabiqə çərçivəsində layihələrin qəbulu başa çatacaq.
Aynur Vəliyeva