Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər dövlətin idarəetmə üsuluna görə ölkədə internetin inkişaf səviyyəsini müəyyən ediblər


Kanzas və Sirakuz universitetlərinin tədqiqatçıları dövlətin ictimai-siyasi quruluş formasına görə ölkədə internetin inkişaf səviyyəsini proqnozlaşdırmağa nail olublar.
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, 2002-dən 2011-ci ilədək 200 ölkənin internetə qoşulma məlumatları təhlil edilib. Müəlliflər istifadəçilərin ölkə daxilindəki sorğularını və beynəlxalq qoşulmaları, iqtisadi inkişaf səviyyəsini, idarəetmə üsulunu və əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayını nəzərə alıblar.
 
 
Tədqiqatın nəticələri əsasında ölkələrin reytinqi tərtib edilib. Liberal demokratik dövlətlər (Böyük Britaniya, Almaniya, ABŞ və Fransa) reytinqdə ilk pillədə qərarlaşıb. Çin sözügedən reytinqdə 12-ci pilləni tutub. Qeyri-demokratik idarəetmə üsuluna malik Vyetnam reytinqdə 55-ci pillədə yerləşib. Şimali Koreya isə sonuncu pilləni tutub.
 
 
Emil Hüseynov




24/10/15    Çap et