Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Niderland Təhlükəsizlik Şurası: kompüter sistemimizə müdaxilə edilib
Niderland Təhlükəsizlik Şurasının nümayəndəsi qurumun kompüter sisteminə haker müdaxiləsi haqda məlumat verib.
Məlumata əsasən, hələ ki haker hücumunun kim tərəfindən edildiyi məlum deyil.
"Niderland Təhlükəsizlik Şurası təsdiqləyir ki, kompüter sisteminə müdaxilə etməyə çalışıblar" - qurumun nümayəndəsi Vim Van der Veqen deyib.
Emil Hüseynov
24/10/15 Çap et