Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Finlandiya miqrantlarla mübarizədə «Facebook»un imkanlarından istifadə edir
Finlandiyanın Xarici İşlər Nazirliyi miqrant axını ilə mübarizə aparmaq üçün «Facebook»un imkanlarından istifadə edir.
Qurum sosial şəbəkədə Finlandiyada sığınacaq verilməsi üçün sərt qaydalar haqda məlumatlandıran kampaniyaya başlayıb. Bu kampaniyanın məqsədi Finlandiyaya gələn miqrantların sayını azaltmaqdır.
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, Xarici İşlər Nazirliyinin məlumatına görə, artıq 100 min insan kampaniya haqda məlumatlıdır.
"Həqiqi finlər" parlament fraksiyasından bildirilib ki, kampaniya ərəb dilində yazılıb, sığınacaq almaq üçün səfər planlaşdıran gənclər üçün nəzərdə tutulub.
Fraksiyanın rəhbəri Sampo Terxo əmindir ki, Finlandiyada sığınacaq almaq şansı haqda düzgün informasiya həm dövlətin, həm də miqrantların marağına cavab verir.
Emil Hüseynov
26/10/15 Çap et