Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaxın aylarda nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi istifadəyə veriləcək
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi Koreya Respublikasının maliyyə institutları və şirkətləri ilə geniş əməkdaşlıq əlaqələrinə malikdir və bu əməkdaşlıq çərçivəsində bir çox iri layihələr həyata keçirilir.
Bu layihələr arasında paytaxtda nəqliyyatın intellektual idarəedilməsi sisteminin yaradılmasının xüsusi yeri var.
Nazirliyin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov bildirib ki, nəqliyyat sektorunda Koreyanın şirkətləri ilə olduqca səmərəli əlaqələr mövcuddur.
Misal üçün “Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarəedilməsi sisteminin yaradılması” layihəsi üzrə Koreyanın “SK C&C Co., Ltd” şirkəti ilə sıx əməkdaşlıq edilir və yaxın aylarda İntellektual İdarəetmə Mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulur.
Bundan başqa, “Yevlax-Gəncə magistral avtomobil yolunun yenidən qurulması layihəsi” üzrə Koreyanın “Ultra Azerko”, Transqafqaz (Quba-Şamaxı) magistral yol layihəsi üzrə “Pyunghwa Engineering Consultants Ltd” şirkətləri ilə əməkdaşlıq əlaqələri mövcuddur.
Həmçinin, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında nəqliyyat sahəsində bir sıra hökumətlərarası sazişlər imzalanmış və gələcəkdə də yeni sazişlərin imzalanması nəzərdə tutulur.
16/09/11 Çap et