Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən populyar messencerləri məlum olub


«App Annie» analitik şirkətinin hesabatına əsasən, rusiyalılar daha çox «Facebook» şirkətinə məxsus «WhatsApp» messencerindən, amerikalılar isə «Facebook»un şəxsi messencerindən istifadə edirlər.
 
 
«ICTnews.az» saytı «hitech.newsru.com» saytına istinadən yazır ki, həmçinin Latın Amerikası və Avropada «WhatsApp» messenceri populyardır. Çində daha çox «WeChat» messencerindən istifadə edilir, Yaponiyada insanlar «Line» messencerinə üstünlük verir və Cənubi Koreyada isə «KakaoTalk» messenceri liderlik edir.
 
 
Ekspertlərin proqnozuna əsasən, gələcəkdə bütün dünyada Asiya ölkələrində olduğu kimi, messencerlərin funksional imkanları genişlənəcək.
 
Məsələn, Çinin «WeChat» messenceri üzərindən kino biletləri satın almaq, taksi sifariş etmək və ya kommunal xidmətləri ödəmək olar.
 
 
Emil Hüseynov




26/10/15    Çap et