Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Microsoft»un rəhbərliyi 1000 əməkdaşını işdən çıxarıb


«Microsoft» korporasiyasının rəhbərliyi 1000 əməkdaşını işdən çıxarıb ki, bu da şirkətin işçilərinin ümumi sayının 1 faizini təşkil edir.
 
 
Xatırladaq ki, korporasiya artıq cari ilin iyulunda 7800 əməkdaşını işdən çıxartmışdı. Yayda «Windows Phone» platforması ilə işləyən smartfonların hazırlanması ilə məşğul olan bölmənin əməkdaşları işdən çıxarılmışdı. İndi isə mühasibat və hüquq bölmələrinin işçiləri ixtisar edilib.
 
 
"İş yerlərinin ixtisarı bir neçə fəaliyyət sahəsi və ölkələr üzrə bölünüb. Bu, biznes ehtiyaclarına uyğunlaşmanı əks etdirir" - «New York Times» nəşrinə müsahibəsində «Microsoft»un nümayəndəsi belə deyib.
 
 
Emil Hüseynov
 
 




26/10/15    Çap et