Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Teleradio” İstehsalat Birliyinin əməkdaşı Prezidentin Sərəncamı ilə fəxri adla təltif olunub
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyinin əməkdaşı Prezidentin Sərəncamı ilə fəxri adla təltif olunub.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarına fəxri adlar verib.
Fəxri adla təltif edilmiş “Əməkdar mədəniyyət işçisi” adına layiq görülənlər arasında Əliyev Əlverdi Kərəmət oğlu da var.
Ümumilikdə ölkə başçısının qərarı ilə 17 nəfər olmaqla 2 nəfər “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, 9 mədəniyyət xadimi “Əməkdar mədəniyyət işçisi”, 2 həkim “Əməkdar həkim”, 3 müəllim “Əməkdar müəllim”, 1 jurnalist “Əməkdar jurnalist” fəxri adlarına layiq görülüb.
Aynur Vəliyeva
26/10/15 Çap et