Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cari ilin sonuna «Fairphone 2» modulyar smartfonu bazara çıxarılacaq


Cari il avqustun ortalarında «Google Ara» modulyar smartfonun istehsalçıları məlumat vermişdilər ki, sözügedən qurğu 2016-cı ildən tez satışa çıxarılmayacaq.
 
 
Həmin vaxtda bir sıra şirkətlər modulyar smartfon üzərində işləyir və ehtimal ki, «Fairphone 2» smartfonu bazara çıxarılacaq ilk modulyar aparat olacaq.
 
 
«Ferra» internet nəşri yazır ki, «Fairphone 2» modulyar smartfonu 5 düymlük «Full HD» təsvir ölçülü və «Gorilla Glass 3» qoruyucu şüşəsi ilə təchiz edilib. Aparat dördnüvəli «Qualcomm Snapdragon 801» prosessoru ilə işləyir. Qurğunun əməli yaddaşının tutumu 2 QB, daxili yaddaşın tutumu isə 32 QB-dır. Həmçinin «microSD» yaddaş kartları üçün slot nəzərdə tutulub.
 
 
«Fairphone 2» qurğusuna quraşdırılmış əsas kamerasın təsvir ölçüsü 8 Mp, ön kamerada isə 2 Mp-dir. Aparat «Android Lollipop» mobil əməliyyat sistemi ilə işləyir. Akkumulyatorun tutumu 2420 milliamper/saat təşkil edir.
 
Modulyar konstruksiya smartfon sahiblərinə qurğunun istənilən detalını dəyişdirmək imkanı yaradacaq. Bu halda yeni smartfon satın almadan qurğunu təkmilləşdirmək mümkün olacaq.
 
 
Hazırda istifadəçilər şirkətin saytından «Fairphone 2» smartfonunu ilkin sifariş edə bilər. Smartfonun dəyəri 529 avro təşkil edir.
 
 
Emil Hüseynov
 




26/10/15    Çap et