Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu elektron bilet sistemi tətbiq edəcək


Azərbaycan Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu yeni elektron sistem tətbiq etmək niyyətindədir.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən,  “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu hazırda elektron bilet sisteminin yaradılması və inteqrasiyasını təmin edə biləcək şirkətlərlə danışıqlar aparır.
 
Yaxın zamanda sistemin tətbiqi ilə məşğul olacaq şirkətin müəyyən edilməsi və layihənin icrası məqsədilə müqavilənin imzalanması gözlənilir.
 
Aynur Vəliyeva




26/10/15    Çap et