Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” Nyu-Yorkda mağaza açıb


“Microsoft” korporasiyası Nyu-Yorkda pərakəndə satış mağazasını istifadəyə verib.  
 
Hazırda korporasiyanın ABŞ, Kanada, Puerto-Riko ərazisində 110 pərakəndə satış mağazası fəaliyyət göstərir, lakin ikimərtəbəli yeni Nyu-York mağazası onların ən böyüyüdür.
 
Yeni mağazada “Microsoft”un ən yeni məhsulları, o cümlədən "Surface Pro 4” planşeti və ilk dəfə buraxılan “Surface Book” noutbuku, "Lumia” seriyasından olan smartfonlar, "Xbox One” oyun konsolu, “Microsoft Band” “ağıllı” bilərzikləri və “4K” təsvir ölçülü 84 düymlük planşetlə tanış olmaq mümkündür, - “Vesti” yazır. 




27/10/15    Çap et