Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan regionlarında ALİSA proqramının tətbiqi ilə bağlı növbəti treninqlər başlanılıb


Azərbaycanın bir sıra regionlarının kitabxanalarında yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Milli Kitabxanada mütəmadi olaraq 10 günlük  treninqlərin  təşkili davam edir.
 
Ötən gün növbəti treninq öz işinə başlayıb. Treninqdə  Sumqayıt şəhər, Abşeron, Ağsu, Cəlilabad, Masallı, Göyçay, Kəlbəcər, Şuşa, Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri iştirak edərək, ALİSA proqramında işləməklə yanaşı, MARC 21 formatını  öyrənərək, yerlərdə tətbiq edəcəklər.
 
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılış mərasimində treninqin milli kitabxananın  və  “Ultra” şirkətinin mütəxəssisləri tərəfindən aparıldığını bildirmiş, treninqin işinə uğurlar arzulamış, sonda treninqi müvəffəqiyyətlə başa vuran müdavimlərə sertifikatların təqdim ediləcəyi bildirilib. 
 
Aynur Vəliyeva
 




27/10/15    Çap et