Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ Senatı kibertəhlükəsizlik haqda qanunu təsdiq edib
«Röyters» xəbər agentliyi yazır ki, kibertəhlükəsizlik haqqında qanun layihəsi ABŞ Konqresinin yuxarı palatasındakı nümayəndələrin əksəriyyəti tərəfindən təsdiq edilib.
Layihə könüllü olaraq hökumətlə kibertəhdidlər haqda informasiyanı bölüşməyə hazır şirkətlər üçün müdafiə tədbirlərini genişləndirməyi nəzərdə tutur.
Məlumata əsasən, layihə indi konqresin aşağı palatasının müvafiq tədbirlərinə uyğunlaşdırılmalıdır.
Ağ Ev sözügedən qanun layihəsini dəstəkləyir.
Emil Hüseynov
28/10/15 Çap et