Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Kasperski Laboratoriyası" Azərbaycan məktəblərinə güzəştlər təqdim edir
Rusiya informasiya təhlükəsizliyi sistemləri istehsalçısı "Kasperski Laboratoriyası" Azərbaycan məktəbləri üçün antivirus həllərinin tətbiqində güzəştlər təqdim edir.
Bu barədə "MONT Azerbaijan" şirkətinin nümayəndəsi Emil Yeryoxin deyib. Bu şirkət laboratoriyanın ölkəmizdəki rəsmi distribüteridir. Yeryoxinin sözlərinə görə, hazırda şirkət məktəblərə güzəştlərin nəzərdə tutulduğu lisenziyalar verir.
Bundan əvvəl "MONT Azerbaijan" şirkətinin baş direktor müavini Günel Səfərəliyevanın dediyinə görə, məktəblər üçün güzəştlər 40-50 faizə çatır. "Təhsil istənilən cəmiyyətin inkişafının əsas tərkib hissəsidir.
Bu baxımdan laboratoriya bir çox ölkələrdə, o cümlədən Azərbaycanda təhsil sahəsini hər cür dəstəkləyir. Təhsil sahəsinə çox sayda lisenziyalar verilir ki, bunları da öz növbəsində güzəştli şərtlər müşayiət edir.
Buna görə də tətbiqin artımı güzəştlərin çoxluğu ilə düz mütənasibdir", - Yeryoxin deyib.
"Kasperski Laboratoriyası"nın məhsulları bundan əvvəl də Azərbaycan məktəblərində istifadə olunub. Bakı və Sumqayıt məktəbləri artıq əvvəl yüklənmiş nüsxələri yeniləyiblər.
16/09/11 Çap et