Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsabiqəyə 5 vakansiya təqdim edib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bu gün dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə elan edib.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu müsabiqədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Sumqayıt Apelyasiya Məhkəməsi, Bakı şəhər Nəsimi Rayon Məhkəməsi ilə yanaşı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) də iştirak edir.
RYTN müsabiqəyə 5 vakant vəzifə çıxarıb. Müsabiqəyə nazirliyin Elektron Təhlükəsizlik Mərkəzində baş mühasib, mərkəzin Əməliyyat sektorunda məsləhətçi, aparıcı məsləhətçi, Analiz və məsləhət sektorunda baş məsləhətçi, sektor müdiri vakant vəzifələri təqdim edilib.
CAHANGİR
28/10/15 Çap et