Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
«Twitter»in auditoriyası 320 milyona yaxınlaşıb
«Twitter» mikrobloqlar şəbəkəsinin aylıq istifadəçilərinin sayı indi 320 milyona yaxınlaşıb. Bu haqda şirkətin rəhbərliyi məlumat verib, həmçinin maliyyə ilinin son rübü üzrə hesabat dərc edib. Qeyd edək ki, son rübdə «Twitter»in auditoriyası yalnız 1,2 faiz artıb.
«ICTnews.az» saytı «itar-tass.com» saytına istinadən yazır ki, ABŞ-da qüvvədə olan qanuna əsasən, 1 oktyabr tarixindən hər yeni maliyyə ili başlayır.
Son 12 ayda «Twitter»in gəliri 569 milyon dollara yaxınlaşıb. Beləliklə, artım 58 faiz təşkil edib, belə ki, ötən maliyyə ilinin müvafiq dövründə 361 milyon dollar gəlir əldə edilmişdi.
«Twitter»in icraçı direktoru Cek Dorsi bildirib ki, növbəti aylarda şirkət öz şəbəkəsinə yeni iştirakçılar cəlb etmək üçün geniş reklam kampaniyaları keçirəcək.
Emil Hüseynov
28/10/15 Çap et