Bill Qeyts yubileyini qeyd edir
Oktyabrın 28-də informasiya inqilabı liderlərindən biri Bill Qeyts 60 illik yubileyini qeyd edir.
1975-ci ilin aprelində Pol Alen ilə birlikdə “Microsoft” korporasiyasını yaradan yubilyarın hazırda var-dövlətinin dəyəri 79,3 milyard dollar qiymətləndirilir.
Sietldə varlı ailədə doğulan və ilk proqramını 13 yaşında yaradan Bill Qeyts uşaqlıqdan riyaziyyatı yaxşı bilməsi ilə seçilib.
Gələcək milyarder məktəbdə təhsil alan zaman kompüterə müdaxilə edir və buna görə ona kompüterdən üçaylıq istifadə qadağan olunur. Uç ay başa çatdıqdan sonra həmin kompüter üçün proqramı yaradan şirkət onu proqram təminatı üzrə məsləhətçi kimi işə dəvət edib. Məhz bu iş ona təkcə texnoloji biliklər yox, həm də kompüter biznesinin inkişafı barədə anlayış verir.
Gənc sahibkar həmçinin şəxsi şirkətini yaratmaq üçün Harvard Universitetində təhsilini yarımçıq qoyub.
B.Qeyts ilk uğurunu 1985-ci ilin noyabrında dünyaya ilk dəfə "Windows” əməliyyat sistemini təqdim edəndə qazanıb.
O, 2000-ci ilin yanvarında “Microsoft” baş icraçı direktor vəzifəsini tərk edərək diqqətini korporasiyasının strateji inkişafına yönəltmək üçün əməliyyat sistemləri üzrə baş arxitektor vəzifəsini tutur, daha 6 il sonra ümumiyyətlə “Microsoft”un gündəlik fəaliyyətindən ayrılır. 2014-cü ilin fevralında B.Qeyts korporasiyadakı bütün vəzifələrini tərk edərək baş icraçı direktor Satya Nadellanın texnoloji müşaviri olur.
O, 2000-ci ildə həyat yoldaşı Bill və Melinda Qeyts Fondunu yaradıb və hazırda təşkilat dünyada 41 milyard dollar dəyərində böyük aktivlərə malikdir, -
“Vesti” yazır.