Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alim, tədqiqatçı və gənc mütəxəssislər Elm və Texnologiya Siyasəti İnstitutunun xüsusi proqramında iştirak edəcəklər


Elm və Texnologiya Siyasəti İnstitutu (Science and Technology Policy İnstitute – STEPI) alimləri, tədqiqatçıları və gənc mütəxəssisləri “STEPI 2016” adlı Təqaüd Proqramında iştirak etməyə dəvət edir.

Sözügedən proqramın əsas məqsədi elm, texnologiya və innovasiya siyasəti (ETİ) ilə bağlı məsələlərdə tədqiqatları genişləndirməkdir.
 
AMEA İnformasiya Texnologiyaları İnstitutundan bildirilib ki, elm və texnologiya üzrə istənilən mövzuda çalışan alimlər, həmçinin siyasi elmlər üzrə fəaliyyət göstərən tədqiqatçılar və gənc mütəxəssislər bu proqrama müraciət edə bilərlər.
 
Proqramda qalib gələn şəxslərin mükafatlarının üçdə bir hissəsi nəticələri təqdim etdikdə, qalan hissəsi isə tədqiqatın nəticələrini özündə əks etdirən məqalənin jurnalın çapı üçün qəbul olunmasından sonra təqdim olunacaq.
 
Müsabiqənin nəticələri 30 noyabr 2015-ci il tarixinə qədər məsul şəxs tərəfindən e-mail vasitəsilə bildiriləcək.
 
 
 
Həqiqət İSABALAYEVA




28/10/15    Çap et