Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan MDB ölkələri arasında "bulud" infrastrukturunun tətbiqi üzrə ön sıralardadır


Azərbaycan HP "bulud" infrastrukturlarının tətbiqi baxımından MDB ölkələri arasında qabaqcıl yerdədir ki, bu da ilk növbədə müxtəlif şirkət və təşkilatların İT heyətinin savadlı və yüksəkixtisaslı olmasından xəbər verir.

Bu barədə "HP Azerbaijan" şirkətinin texniki məsləhətçisi Elxan Quliyev məlumat verib. HP şirkəti Azərbaycanda korporativ sektorla əməkdaşlıq edir.

"Ticarətin təhlükəsizliyinin təmini məsələsi ən mühümdür və çox vaxt o, müasir müəssisələr üçün təyinedicidir. Eyni zamanda, bu, həm də "bulud" hesablamalarının təşkilində, ticarətin bu texnologiyaya inamında əsas məsələdir ki, nəticədə müəssisələrimizdə bunun geniş yayılmasına gətirib çıxarır.

Ancaq onun barəsində bir az yüksək təsəvvür, "bulud" adlandırılan xidmətlərin çatdırılmasının mümkün variantları barədə zəif bilik bəzən elə şərait yaradır ki, sifarişçilər sadəcə olaraq texnologiyanın təyinatını düzgün başa düşmür və ona inam göstərmirlər", - Quliyev deyib.

HP şirkəti "bulud" xidmətinin müxtəlif inşa modellərini təklif edir, bunlar arasında "bulud"un xüsusi və hibrid modeli də var. Bu variantlarda avadanlıq və proqram təminatı əvvəlkitək təhlükəsizliyin korporativ perimetri daxilində qalır və ona şirkətin öz heyəti tərəfindən xidmət edilir.

Quliyevin sözlərinə görə, belə xidmətin inşası sifarişçilərə müasir İT-infrastrukturlarının bütün üstünlüklərindən tam şəkildə istifadə etməyə imkan verir.

Bu, yeni lazımi xidmətlərin hazırlanması üçün vaxtın çox azalması, ticarətin tələblərinə görə proqram infrastrukturunda elastiklik, asanlıq və bütün səviyyələrdə məlumat emalı mərkəzinin tam avtomatlaşdırılması deməkdir.




16/09/11    Çap et