Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda ilin əvvəlindən 1264 sanksiyalaşdırılmamış insident qeydə alınıb
Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin statistikasına əsasən, ölkədə sentyabr ayında 142 sanksiyalaşdırılmamış insident qeydə alınıb.
"ICTnews" elektron xəbər xidmətinin "www.cert.gov.az" saytına istinadən verdiyi məlumata görə, qeyd edilən insidentlərin 129-nun qarşısı alınıb. Bu ilin avqust ayı ilə müqayisədə insidentlərin sayı 26,7 faiz artıb. Cari ilin əvvəlindən ölkədə 1264 sanksiyalaşdırılmamış insident qeydə alınıb.
Mərkəz tərəfindən Azərbaycanın müvafiq qurumlarına sentyabr ayında 23 audit raportu göndərilib. Ötən ay ərzində “cert.gov.az” tərəfindən 4 subdomen qeydə alınıb, yeni domen isə qeydə alınmayıb.
Qeyd edək ki, ötən il ərzində Azərbaycanda 1582 sanksiyalaşdırılmamış insident qeydə alınıb, onlardan 1558-nin qarşısı alınıb.
Aynur Vəliyeva
28/10/15 Çap et