Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
«MasterCard» cihazları ödəniş kartlarına çevirəcək
«MasterCard» ödəniş sisteminin işə saldığı yeni proqramın məqsədi alış-verişin ödənişi üçün mobil qurğudan istifadəni nəzərdə tutur.
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, ödəniş kartı qismində yalnız telefondan deyil, həm də fitnes qolbaqlar, "ağıllı" üzüklər və başqa cihazlardan istifadə etmək mümkün olacaq. Beləliklə, «MasterCard» ödəniş prosesini son dərəcə asanlaşdırmaq istəyir. Bir neçə şirkət artıq «MasterCard» üçün kredit kartlarını dəstəkləyən qurğu prototipini istehsal edib. Məsələn, «General Motorols» avtomobil konserni kontaktsız ödənişlər texnologiyasını dəstəkləyən brelok hazırlayıb.
«MasterCard» ödəniş sistemini dəstəkləyən ilk qurğular gələn il ABŞ-da çıxarılacaq.
Emil Hüseynov
28/10/15 Çap et