Sosial şəbəkə təsisçisi internetdən istifadənin genişləndirilməsi üzrə planları müdafiə edib
“Facebook” rəhbəri Mark Sukerberq Nyu-Dehlidə Hindistan Texnologiyalar İnstitutunda keçirilən konfransda çıxış edərək şirkətin internetdən istifadənin genişləndirilməsi ilə bağlı planlarını müdafiə edib.
O, institutda sual-cavab zamanı bildirib ki, "Facebook”un “Internet.org” layihəsi internet məlumatlarından istifadəni minimum endirməyi təklif edir ki, şəbəkədən dünyada daha rahat istifadə mümkün olsun. Hazırda Hindistanda internet istifadəçilərinin sayı 1 milyon, dünyada isə 15 milyon təşkil edir.
“İnkişaf etməkdə olan ölkələrdə insanların internetə və biliklər iqtisadiyyatına qoşulması üçün çoxlu əngəllər var. “Interget.org” bu maneələrin dəf edilməsinə yönələn qlobal tərəfdaşlıqdır. Biz çalışacağıq ki, hazırda internetdən yararlanmaq imkanından məhrum olan insanları çıxışla təmin edək”, - M.Sukerberq bildirib.
Sosial şəbəkə internetə çıxış imkanlarını artırmaq üçün infrastruktur həllərə orta hesabla 1 milyard dollar xərcləyib və daha çox vəsait sərf etməyi nəzərdə tutur. Layihənin ilkin məqsədi 5-10 il ərzində mobil internet xidmətlərinə görə xərcləri hazırkı dəyərindən 1 faiz azaltmaqdır.
Bu gün “Internet.org” 11 dövlətdə - Qvatemala, Kolumbiya, Qana, Zambiya, Tanzaniya, Keniya, Hindistan, Banqladeş, İndoneziya, Filippin və Malaviyada istifadəyə verilib. Təşəbbüs sayəsində ilk dəfə internetdən istifadə edənlərin sayı doqquz milyondan çox qiymətləndirilir, pulsuz olan xidmətlərin sayı isə yüzü ötüb.
Layihədə “Samsung Electronics”, “Qualcomm”, “Ericsson”, “Nokia”, “MediaTek” və “Opera Software” şirkətləri də iştirak edir və beləliklə, təşəbbüsü bazarın müxtəlif seqmentinin şirkətləri dəstəkləyir, -
“Qazeta” yazır.