Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformatika fənni üzrə 2016/2017-ci tədris ili üçün magistratura səviyyəsinə qəbul imtahanı proqramının layihəsi qəbul olunub


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəzdində fəaliyyət göstərən informatika üzrə elmi-metodiki seminarın növbəti iclası baş tutub.
 
 
TQDK-dan verilən məlumata görə, iclasda informatika fənni üzrə 2016/2017-ci tədris ili üçün magistratura səviyyəsinə qəbul imtahanı proqramının layihəsi iştirakçılara təqdim edilib. Proqram 13 bölmə və 25 altbölmədən ibarətdir.
 
 
Proqramın layihəsi müzakirə nəticəsində redaktə xarakterli düzəlişlərlə qəbul edilib.
 
Proqram “Magistr” jurnalının 2016-cı il tarixli 1-ci sayında dərc olunacaq.
 
Qeyd edək ki, növbəti seminarda 2015-ci ildə magistratura səviyyəsinə qəbul imtahanında informatika üzrə istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki təhlili aparılacaq.
 
CAHANGİR
 




28/10/15    Çap et