Mərakeş Afrikada böyük günəş elektrostansiyası tikir
Mərakeşdə 160 meqavat gücündə inşa edilən “Noor 1” günəş elektrostansiyasının davamı olaraq ölkə 2017-ci ilədək onun yanında birlikdə 500 meqavat bərpa olunan enerji hasil edəcək daha iki günəş elektrostansiyasının tikintisini planlaşdırır. Bu həcmdə enerji 1 milyon evi - ölkə əhalisinin təxminən yarısını elektrik enerjisi ilə təmin etmək üçün kifayət edəcək.
Tikintisinə 9 milyon dollar ayrılan "Noor” layihəsi Uarzazat şəhərin yaxınlığında yerləşir və Mərakeş paytaxtı Rabat ilə müqayisə ediləcək ərazini tutur.
“Biz neft ölkəsi olmadığımıza görə enerjinin 94 faizini qazıntı yanacaq növləri şəklində idxal edirik və bu, dövlət büdcəsinə çox mənfi təsir göstərir”, - Mərakeş ətraf mühit naziri Hakim əl-Hait bildirib.
İqtisadi səmərəliliyi ilə yanaşı, təkcə “Noor 1” 25 il ərzində ölkədə istixana qazları tullantılarını ildə dörddə bir dəfə azaldacaq. Hər biri günəş enerjisini 8 saat saxlaya bilən “Noor 2” və “Noor 3” elektrostansiyalarının tikintisi başa çatdıqdan sonra bütün Sahara regionu fasiləsiz günəş enerjisindən istifadə edə biləcək, - “
Hi-News” yazır.