“Google” qaçqın və miqrantları smartfon ilə koordinasiya edəcək
“Google” şirkəti həyatlarını riskə ataraq Aralıq dənizi ilə keçən qaçqın və miqrantların smartfonlarına vaxtında vacib məlumatlar çatdıran yeni sistem təqdim edib.
Şirkət Beynəlxalq Xilasetmə Komitəsinə və qaçqın və miqrantlara kömək məqsədilə yaşayış, nəqliyyat, tibb müəssisələri və s. haqqında informasiya verən "Mercy Corps” saytına qoşulub. Smartfonlar isə bu məqsədlər üçün əhəmiyyətli resurs hesab edilir.
“Google” artıq “Doctors Without Borders” (Sərhədsiz həkimlər), “International Rescue Committee” (Beynəlxalq Xilasetmə Komitəsi), “Save the Children” (Uşaqları xilas edin) və “The United Nations High Commissioner for Refugees (BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı) təşkilatlarının dəstəklənməsi üçün lazım olan 11 milyon dolların 5,5 milyonunu şəxsi ianələr sayəsində toplaya bilib.
Şirkət ərəb və fars dillərindən alman dilinə tərcümə edə bilənləri Almaniyaya Yaxın Şərq ölkələrindən gələn insanlara kömək etmək üçün "Google Translate” sisteminə öz töhfəsini verməyə çağırıb, -
“Qazeta” yazır.