Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalına inteqrasiya olunmuş Vahid Miqrasiya Məlumat Sistemi ilə əlaqədar müzakirə aparılıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) Dövlət Miqrasiya Xidmətinin (DMX) səlahiyyətli nümayəndələri ilə görüş keçirilib.
 
Mərkəzdən verilən məlumata görə, görüşdə DMX-nin “Elektron hökumət” portalına inteqrasiya olunmuş Vahid Miqrasiya Məlumat Sistemi ilə əlaqədar texniki, proqram və prosedur məsələlərin ətraflı müzakirəsi aparılıb.
 
Əsas məsələlərdən biri kimi, mobil nömrə satışı qaydalarına edilmiş dəyişikliklərə uyğun olaraq Azərbaycan Respublikasına daxil olan əcnəbi vətəndaşlar mobil nömrə alarkən MHM-in Sellülar (mobil)  Nömrə  Satışı  üzrə  Vahid  İnformasiya Sisteminin  xidmətlərindən  istifadə zamanı ortaya çıxa biləcək məsələlər müzakirə olunub.
 
Bundan başqa, DMX-nin nümayəndələri ilə “Elektron hökumət” portalı üzərindən digər qurumlarla inteqrasiya məsələlərindən danışılıb.
 
CAHANGİR




29/10/15    Çap et