“ICAO” litium batareyaların təyyarələrlə daşınmasına qadağanın tətbiqini rədd edib
Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) sərnişin təyyarələrinin baqaj bölmələrində litium-ion akkumulyatorlarının nəqlinə qadağanın tətbiq edilməsi ilə bağlı irəli sürülən təklifi qəbul etməyib.
Qadağa tərəfdarları batareyaların hava gəmiləri ilə daşınmasının təhlükəli olmasını əsas gətirərək onların partlaması və yanğına səbəb olması hallarının dəfələrlə baş verməsini qeyd edirlər. Həmçinin ABŞ-da aparılan tədqiqatlardan məlum olub ki, göyərtə yanğınsöndürmə sistemi odun qeyri-adi temperatura malik olmasına görə batareyaların yanmasının qarşısını tam almağa imkan vermir.
Tədqiqatın nəticələrinə görə, müxtəlif ölkələri təmsil edən 30-a yaxın aviaşirkət baqaj bölmələrində litium-ion batareyalarının daşınmasından imtina edib.
Məhdudiyyət akkumulyatorların yalnız topdansatış partiyalarına şamil edilir, qadağa aparatura ilə dəstdə olan batareyalara aid deyil.
Qadağa əleyhdarları məsələnin həllinin aviaşirkətlərin ixtiyarına verilməsini dəstəkləyir.
Təşkilat komissiyasının üzvlərindən 10-u qadağanın əleyhinə, 7-si lehinə səs verib.
Müasir sənaye milyardlarla litium-ion batareya istehsal edir. Onlardan mobil telefon və noutbuklar daxil olmaqla məişət texnikasında, eləcə də digər alətlərdə istifadə olunur.
Müasir, hətta kiçik təyyarələrdə 500-dək litium batareya daşımağın mümkün olmasına baxmayaraq baqaj bölməsində bir reys ilə bəzən on minlərlə belə akkumulyator daşınır, -
"BBC” yazır.