Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfon bazarında artım tempi zəifləyib


«Strategy Analytics» analitik şirkətinin hesabatına əsasən, 2015-ci il son 6 ildə smartfon sənayesinin artım sürətinə görə ən zəif il kimi tarixə düşüb.
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, sözügedən analitik şirkətin son hesabatına əsasən, cari ildə qlobal smartfon tədarükünün həcmi ötən ilin üçüncü rübü ilə müqayisədə 10 faiz yüksəlib. Bununla belə, əvvəlki illərlə müqayisədə 10 faiz çox kiçik göstəricidir ki, bu da 2009-cu ildən etibarən qeydə alınmış ən aşağı nəticədir. Tədqiqatçılar bildirir ki, bu, onunla izah olunur ki, artıq smartfonu olan insanların əksəriyyəti hər il özünə yeni smartfon satın ala bilmir.

 
Smartfon sənayesində zəif artım sürətinə baxmayaraq, «Samsung» şirkətinin yeni modellərinin qiymətinin düşməsi nəticəsində Cənubi Koreya şirkətində müsbət tendensiya müşahidə olunur. «Apple» əvvəlki kimi «Samsung»dan geri qalır, şirkət smartfon bazarının 14 faizinə nəzarət edir ki, bu da ötən illə müqayisədə 2 faiz yüksəkdir.
 

Emil Hüseynov




30/10/15    Çap et