Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
«Secunia»: Kompüterlərin 80 faizində «Flash» texnologiyasının köhnə versiyası quraşdırılıb
Mütəxəssislər fərdi kompüterlərə quraşdırılmış köhnə proqram məhsullarının payının artımını qeyd ediblər. Əgər bir il əvvəl bu göstərici 3-4 faiz təşkil idisə, indi 5,5 faizədək artıb.
«ICTnews.az» «osp.ru» saytına istinadən yazır ki, «Secunia Research»in mütəxəssisləri hesab edir ki, «YouTube», «Netfix» və «Twitch» videoxidmətlərinin «Flash» platformasından «HTML5» texnologiyasına keçidinə, «Google»da «Flash» formatında reklam elanlarının bloklanmasına baxmayaraq «Flash» formatı əvvəlki kimi son istifadəçilər üçün təhlükə yaradır.
22 sentyabr tarixində «Adobe Flash Player 18» versiyasının dəstəyi dayandırılıb, ancaq «Secunia» şirkətinin məlumatına görə, ABŞ-dakı fərdi kompüterlərin 80 faizində əvvəlki kimi «Flash» texnologiyası işləyir.
Emil Hüseynov
30/10/15 Çap et