Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron qaydada verilən arayışların sayı 10-a çatıb


Bu günə qədər “Elektron hökumət” portalı üzərindən əhaliyə 9 adda elektron çıxarış təqdim edilirdisə, hazırda Mədəniyyət və Turizm Nazirliyinin göstərdiyi yeni “Turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsin lisenziyaları haqqında arayışlar”  xidməti də portalın istifadəçilərinə təqdim olunur.

 
“ICTnews” elektron xəbər xidmətinin  “Elektron hökumət” portalına istinadən verdiyi məlumat görə, artıq hər bir Azərbaycan vətəndaşı göstərilən 10 adda elektron çıxarışı portal üzərindən formalaşdıra bilər.

 
Bu e-çıxarışlara “Diplom haqqında arayış”, “Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış”, “Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış”, “Vətəndaşa aid fərdi məlumatlar üzrə arayış”, “Yaşayış yeri haqqında arayış”, “İş yerinə dair  arayış”, “Vətəndaş haqqında “Tələbə-Məzun”  dövlət elektron məlumat sistemindən çıxarış”, “Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında e-arayış”, “Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında e-arayış” və “Turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsin lisenziyaları haqqında arayışlar” daxildir.
 

Qeyd edək ki, istifadəçi elektron çıxarışları formalaşdıraraq çap edə, yaxud elektron şəkildə aidiyyəti quruma göndərə bilər. Çıxarışın üzərindəki QR-kod və ştrix kodlar vasitəsilə elə həmin səhifədə onun etibarlılığını yoxlamaq mümkündür. Belə ki, “Elektron hökumət” portalının təqdim etdiyi “Elektron arayışlar” bölməsində “Elektron arayışların yoxlanılması” servisi də yerləşdirilib.

 
CAHANGİR




30/10/15    Çap et