Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda peyk təsvirlərinin inteqrasiyası vasitəsilə torpaqların qiymətləndirilməsi mövzusunda professional dərslərin keçirilməsinə başlanılıb


Bakıda “Google” texnologiyaları və mümkün peyk təsvirlərinin inteqrasiyası vasitəsilə torpaqların qiymətləndirilməsi və monitorinqini həyata keçirmək üçün sərbəst və açıq mənbə proqram təminatı” mövzusunda professional dərslərin keçirilməsinə başlanılıb.
 
Bu gündən etibarən start verilən dərslər Əmlak Məsələləri Dövlət Komitəsi və BMT-nin birgə təşkilatçılığı ilə daşınmaz əmlak/torpaq idarəçiliyində sahəvi reyestrlərin roluna həsr olunmuş beynəlxalq tədbir çərçivəsində reallaşdırılıb.
 
 
Dərslərdə Azərbaycanın peykinin olması və bu sahədə dividendlərə malik olmasının ona böyük üstünlüklər verdiyi önə çəkilərək məkan və inzibati məlumatların səmərəli idarə edilməsi, müştəriyönümlü və dolğun daşınmaz əmlak kadastrı və reyestrinin aparılması üzrə qabaqcıl təcrübə paylaşılıb.
 
Məlumat infrastrukturunda daşınmaz əmlak idarəçiliyi ilə digər sahəvi reyestrlərin qarşılıqlı təması və bu sahədə istifadə edilən informasiya texnologiyaları ilə bağlı mövzular dinlənilib.
 
 Ünvan və tikililər üzrə sahəvi reyestrlərin inkişaf etdirilməsinin yeni istiqamətləri, sahilboyu məkan planlaşdırması və su kadastrı, həmçinin digər aidiyyəti mövzular ətrafında təqdimatlar olub və interaktiv müzakirələr aparılıb.
 
 
SEYMUR
 




30/10/15    Çap et