Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qlobal planşet bazarının həcmi 12,6 faiz azalıb
«IDC» analitik şirkətinin yeni tədqiqatına əsasən, 2015-ci ilin iyul-sentyabrında qlobal planşet bazarında növbəti azalma müşahidə olunub: tədarük həcmi illik hesablama üzrə 12,6 faiz azalaraq 48,7 milyon olub.
Ekspertlər bildirir ki, planşet bazarında dəyişikliklər müşahidə olunur: smartfonların tətbiqi, planşetlərin ölçüsünün və funksiyalarının artımı tendensiyası fonunda yığcam modellərə tələbat tədricən azalır.
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, eyni zamanda şirkətlərdə yeni form-faktorlara marağın artımı müşahidə olunur və bir çox istehsalçılar artıq çıxarılıb taxılan klaviaturaya malik hibrid modellərini öz çeşidlərinə daxil ediblər Hələ ki transformer planşetlərin bazar payı azdır. Ancaq növbəti 1,5 ildə belə qurğuların populyarlaşması gözlənilir.
Hərçənd «iPad» planşetinin populyarlığının yüksək nöqtəsi keçmişdə qalıb, «Apple» planşetlərin tədarük həcminə görə liderliyini qoruyub saxlayır. ABŞ şirkəti ötən rüb 9,9 milyon planşet tədarük edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,7 faiz azdır. «iPad»ın bazar payı 22,1-dən 20,3 faizədək azalıb.
«Samsung» şirkəti 8 milyon planşet tədarük edib və sözügedən bazarın 16,5 faizinə nəzarət edir. Ötən il Cənubi Koreya şirkətinin nəticələri 9,7 milyon qurğu səviyyəsində olub.
Emil Hüseynov
30/10/15 Çap et