Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cənubi Koreyanın rabitə operatoru dünyada ilk «5G» şəbəkəsinin yaradılmasını elan edib


Cənubi Koreyanın «SK Telecom» şirkəti «5G» mobil şəbəkəsinin beşinci nəslini işə salır.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, hazırda cənubi koreyalılar dünyada ən sürətli internetdən istifadə edir. Dünyanın ən böyük mobil operatoru olan «SK Telecom» bəyan edib ki, ilk «5G» şəbəkə operatoru ola bilər. Şirkət saniyədə 19,1 Qbit internet sürətini nümayiş etdirib ki, bu da «4G» şəbəkəsindəki 25 Mbit sürətdən təxminən 1000 dəfə sürətlidir. Belə sürətlə 2 QB-lıq videonu bir neçə saniyə ərzində yükləmək mümkün olacaq.
 
 
Mənbəyə əsasən, ABŞ-ın ən böyük mobil rabitə operatoru olan «Verizon Wireless» «5G» şəbəkəni yalnız 2017-ci ilə kommersiyalaşdırır, Avstraliyanın «Telstra» şirkəti «5G» şəbəkəsini yalnız 2020-ci ilə işə salacaq.
 
 
Emil Hüseynov




31/10/15    Çap et