Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər iri veb-hostinq şirkətindən 13,5 milyon parol oğurlayıb


Hakerlər “000WEBHOST” adlanan veb-hostinq şirkətindən 13,5 milyon parol oğurlayıblar.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, qalmaqal “000WEBHOST” şirkətinin müştərilərinin şəxsi məlumatlarının böyük həcmi hakerlərin qara bazarında peyda olunandan sonra yarandı.
 
Şirkətin özü məlumat itkisini təsdiqləməkdən boyun qaçırdı, lakin bu məlumat “Forbes” jurnalında dərc edildi. Məlumatın ictimailəşməsi şok detalların ortaya çıxmasına gətirib çıxardı: müştərilərin adları və parolları şifrlənməmiş halda saxlanılıb, məlumat bazası isə 2009-cu ildən etibarən yenilənməyən proqram təminatı vasitəsi ilə həyata keçirilib.
 
Aynur Vəliyeva
 




31/10/15    Çap et