Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı BTİ-nin peyk xidmətləri üzrə Tədqiqat Komissiyasının sədr müavini seçilib


Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən hər dörd ildən bir Rabitə Assambleyası (RA) keçirilir. Sonuncu Assambleya cari ilin 26-30 oktyabr tarixlərində baş tutub.

Assambleyanın keçirilməsinin məqsədi BTİ-nin radiorabitə üzrə Tədqiqat Komissiyalarının keçən dövr ərzində gördükləri iş üzrə hesabatların dinlənilməsi, Tədqiqat Komissiyalarından radiorabitə sahəsində araşdırmaların aparılması üçün yeni tapşırıqların verilməsi, eyni zamanda, Tədqiqat Komissiyalarına növbəti dövr üçün rəhbər vəzifələrə seçkilərin təşkil olunmasıdır.

Hazırda Rabitə Assambleyasının qərarına əsasən 6 Tədqiqat Komissiyası fəaliyyət göstərir. Bu Tədqiqat Komissiyalarına tezliklərdən istifadənin idarə edilməsi, radiodalğaların yayılması, peyk xidmətləri,  yerüstü xidmətlər, yayım xidmətləri və elmi xidmətlər aiddir.


Cari ildə keçirilmiş Radiorabitə Assambleyasında peyk xidmətləri üzrə 4-cü Tədqiqat Qrupuna sədr müavini vəzifəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Sahibə Həsənovanın namizədliyi verilib və qəbul olunub.


Azərbaycan nümayəndəsinin sədr müavini kimi fəaliyyət göstərəcək Tədqiqat Komissiyası peyk xidmətləri üzrə texniki və prosedur qaydaları üzrə araşdırmaları həyata keçiriləcəkdir ki, bu da hazırda Azərbaycan Respublikasında prioritet sahələrdən biri hesab edilən peyk sahəsinin Respublikada inkişaf etdirilməsində öz tövhələrini verəcəkdir.

CAHANGİR




31/10/15    Çap et