Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hakerlər Britaniyanın «Vodafone» şirkətinin məlumatlarına müdaxilə ediblər
Böyük Britaniyada hakerlər «Vodafone» telefon şirkətinin 2 min müştərisinin fərdi informasiyasına müdaxilə ediblər.
«ICTnews.az» saytı «interfax.ru» saytına istinadən yazır ki, Böyük Britaniyada təqribən 20 milyon müştəriyə malik şirkətin nümayəndəsi elan edib ki, 1827 müştəri müdaxilə cəhdinə məruz qalıb. Nəticədə hakerlər mobil telefon adları və nömrələrinə giriş əldə ediblər.
«Vodafone» şirkətinin nümayəndələri bildirib ki, oğurlanmış informasiya müştərilərin bank hesablarına giriş üçün istifadə edilə bilməz. Ancaq kibercinayətkarlar insanlar tərəfindən mühüm məlumatlara girişin açılması üçün onlara saxta mesajlar göndərə bilərlər.
Emil Hüseynov
02/11/15 Çap et