Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vergilər Nazirliyi nəqliyyat vasitələrində radionaviqasiya və GSM izləmə sistemi tətbiq edir


Azərbaycan Vergilər Nazirliyi nəqliyyat vasitələrində radionaviqasiya və GSM izləmə sistemi tətbiq edir.  
 
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu günlərdə Vergilər Nazirliyi “A+A SECURİTY” şirkəti ilə bununla bağlı müqavilə imzalayıb.
 
Müqavilə nəqliyyat vasitələrinin nəzarət və radionaviqasiya sisteminin alınması, quraşdırılması və aylıq GSM vasitəsi ilə izlənmə xidmətinin göstərilməsini nəzərdə tutur. Müqavilənin ümumi dəyəri 11204,10 manatdır.
 
 
Aynur Vəliyeva
 




02/11/15    Çap et