Pentaqon kibertəhlükəsizlik sahəsində özəl şirkətlərlə əməkdaşlıq edəcək
ABŞ Müdafiə Nazirliyi kibertəhlükəsizlik sahəsində özəl şirkətlərlə əməkdaşlıq edəcək. Kənar mütəxəssislərin bacarıqları hərbi şəbəkələri haker hücumlarından mühafizəyə imkan verəcək. Bu barədə nazirliyin informasiya texnologiyaları üzrə direktoru Terri Helvorsen bildirib.
“Biz hər gün dünyanın müxtəlif nöqtələrindən kibercinayətkarların hücumlarını dəf edirik. Bizim bir sıra konkret problemlərin həlli üçün İT sahəsinin dəstəyinə ehtiyacımız var”, - direktor qeyd edib.
Bu yaxınlarda Pentaqon təhlükəsizlik sistemlərinin yaradılmasına "Cisco Systems Inc” şirkətinin mütəxəssisini cəlb edib, -
"Payspacemagazine” yazır.